Azərbaycanlı bolqarlar iş başında (FOTO)
19 iyun 2012 16:16

Azərbaycan yığmasının bolqar əsilli iki ağır atleti – İvan Stoitsov və Veliçko Çolakov dörd illik fasilədən sonra yenidən körpücük üzərində qüvvəsini sınayıblar. Azerisport.az xəbər verir ki, iyunun 14-15 tarıxlərində Azərbaycan Ağır Atletika Federasiyasının açıq kuboku keçirilib.
Yarışda yerli və xarici idmançılar iştirak edib. Dörd illik fasilədən sonra açıq təsnifat yarışında Azərbaycan yığmasının bolqar əsilli üzvləri İvan Stoitsov və Veliçko Çolakov da çıxış edib.
İvan Stoitsov (85 kq) birdənqaldırmada 160 kq, təkanla qaldırmada isə 200 kq nəticə göstərib. 2004-cü il XXVIII Yay Afina Olimpiya Oyunlarının mükafatçısı Veliçko Çolakov isə +105 kq çəki dərəcəsində 190+220 kq nəticə göstərib.
Azərbaycan Ağır Atletika Federasiyasının keçirdiyi açıq kubokun qaliblərinə kubok, diplom və qiymətli hədiyyələr təqdim olunub.