Həmyerlimizdən Avropa rekordu! (FOTO)
28 avqust 2012 15:35

Yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olan Valeh Baxşəlizadə daha bir uğura imza atıb. Azerisport.az xəbər verir ki, toplamda 204 kq (88 kq + 116 kq) nəticə göstərən gəncimiz qızıl medalla yanaşı, yeniyetmələr arasında təkanla qaldırmada Avropa rekordunu da yeniləyib.
8 il əvvəl – 2004-cü il 28 iyul tarixində Norveçin Stavanger şəhərində keçirilən Avropa çempionatında rusiyalı Pavel Suxanov 115 kq-lıq ştanqı başı üzərinə qaldıra bilmişdi.
Valeh Baxşəlizadə təkanla qaldırmada ikinci yanaşmasında 116 kq-ı ram edərək, bu rekordu yeniləyib. İdmançımız üçüncü yanaşmasında sifariş verdiyi 120 kq-ı da qaldıra bilsəydi, o həm bu, həm də toplamda rekordu (207 kq) da yeniləyə biləcəkdi.