Yığmamız dünya çempionatına yola düşür
15 sentyabr 2012 00:54

Sentyabrın 16-dan 23-dək Slovakiyanın Koşitse şəhərində ağır atletika üzrə yeniyetmələr arasında dünya birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, Avropa birinciliyində uğurlu nəticələr əldə edən ölkəmizin yeniyetmələrdən ibarət yığması bu yarışda da iştirak edəcək.
Bunlar Valeh Baxşalızadə (50 kq), Həsən Həsənov və Kənan Əliquliyev (hər ikisi – 62 kq), Elxan Əliqulizadə və Ceyhun Tağızadə (hər ikisi – 69 kq), Dadaş Dadaşbəyli (85 kq), Azər Məmmədli (+ 94 kq) və ehtiyat idmançı Rüstəm İmanzadədi (56 kq).
Yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Asif Məmmədovdu.
Çempionatda ölkəmizi hakim qismində Vahid Nəzərov təmsil edəcək.