Azərbaycanlı atlet zədələndi və mübarizəni başa vura bilmədi
19 sentyabr 2012 01:15

Slovakiyanın Koşitse şəhərində yeniyetmələr arasında dünya çempionatına start verilib. Azerisport.az xəbər verir ki, ilk gündə milli komandamızın iki üzvü bu turnirdə mübarizəyə qoşulacaqdı.
Lakin Valeh Baxşəlizadənin son anda yarışda iştirak etməyəcəyi məlum olub. Rüstəm İmanzadə isə 50 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Rüstəm birdən qaldırmada ilk cəhdində 78 kq, daha sonra isə 83 kq-ı uğurla başı üzərinə qaldıra bilib. Ancaq təəssüf ki, 88 kq-ı ram edə bilməyən gənc idmançımız, bu hərəkətdə 5-ci yeri tutub.
Bununla yanaşı, o, 88 kq-ı qaldırarkən biləyindən zədələnib və təkanla qaldırma hərəkətinə gələ bilməyərək yarışı yarımçıq bitirməli olub.