Azərbaycanın təmsilçiləri DÇ-də 7 mеdаl qаzаndılar
24 sentyabr 2012 13:23
Sentyabrın 15-dən 22-dək Ukraynanın Lvov şəhərində keçirilən dünya çempionatında iştirak etmiş Azərbaycanın 13 veteran аtleti 7 medal (5 qızıl və 2 gümüş) qazanıb. Azerisport.az xəbər verir ki, veteran idmançılarımız Avropa çempionları Səbinə Rzayeva, Vladimir Jilyayev, Zəfər Tağıyev, Natıq Həsənov, dünya çempionu Asif Məlikov yüksək ustalıq nümayiş etdirərək qızıl medala layiq görülüblər.
Digər iki atletimiz olan Avropa çempionları Xatirə Şahverdi və Emil Əliyev çempionatın gümüş medal qazanıblar.
Qeyd edək ki, yarışlarda dünyanın 45 ölkəsindən 600-dək veteran ağır atlet, o cümlədən Azərbaycan bayrağı altında 2 qadın və 11 kişi idmançı iştirak edib.