Nizami Paşayev yığmada qalacaq
27 sentyabr 2012 14:47

Ağır atletika üzrə yığma komandamızın baş məşqçisi postuna Zlatan Vanevin gətirilməsi rəsmən təsdiqlənib. Azerisport.az saytına müsahibəsində Ağır Atletika Federasiyasının direktoru İsgəndər Əsgərov onu da bildirib ki, Nizami Paşayev əsas komandamızda qalacaq:
“Federasiya baş məşqçi postuna Zlatan Vanevi qoymağa qərar verdi. O, təcrübəli mütəxəssisdi. Valentin Xristovla böyük uğura imza atdı. Fikrimcə, bu dəyişiklik komandamızın xeyrinə işləyəcək. Amma Nizami Paşayev də əsas komandada qalacaq. O, həm əsas yığmada köməkçi məşqçi kimi çalışacaq, həm də gənclərdən ibarət milliyə rəhbərlik edəcək”.