Azərbaycan yığmasına bolqar məşqçi gətirilir
27 sentyabr 2012 12:57

Azərbaycanın ağır atletika yığma komandasında ciddi dəyişikliklər olacaq. Azerisport.az xəbər verir ki, əsas millimizin baş məşqçisi Nizami Paşayev postundan uzaqlaşdırılacaq.
Daha doğrusu o, bundan sonra gənclərdən ibarət millinin sükanı arxasına keçəcək. Əsas yığmamızı isə bundan sonra bolqarıstanlı mütəxəssis Zlatan Vanev çalışdıracaq.
Qeyd edək ki, bu barədə məlumatlar hələ ki, Bolqarıstan mətbuatında yayılmaqdadı. Yəni rəsmi olaraq xəbər hələ ki, təsdiqlənməyib.
Onu da xatırladaq ki, Vanev London Yay Olimpiadasında Azərbaycana bürünc medal qazandıran Valentin Xristovun şəxsi məşqçisidi.