Nizami Paşayev Vanevin köməkçisi olmaqdan imtina etdi
28 sentyabr 2012 00:21

Ağır Atletika yığmamızın baş məşqçi postunda edilən dəyişikiklik barədə məlumat vermişdik. Azerisport.az xəbər verir ki, komandamızın baş məşqçisi postuna bolqarıstanlı mütəxəssis Zlatan Vanev gətirilib.
Ondan öncə bu postu tutan Nizami Paşayev isə gənclərdən ibarət millinin sükanı arxasına keçirilib. Ona eyni zamanda əsas yığmada çalışmaq təklifi də olunub. Lakin Paşayev Vanevin köməkçisi kimi çalışmaqdan imtina edib. Bu barədə o, saytımıza müsahibəsində özü məlumat verib:
“Bolqar mütəxəssislə işləməkdən özüm imtina etdim. Gənclərdən ibarət yığmada çalışmağa davam edəcəyəm. Mən yığmaya olimpiya oyunları öncəsi gətirilmişdim. Qısa zaman kəsiyində böyük dəyişikliklər etmək mümkün deyildi. Yaxşı nəticə qazanmaq üçün vaxt lazımdı. Bildiyiniz kimi, mənim vaxtilə gənclərdən ibarət yığma ilə nəticələrim olmuşdu. Bundan sonra da öz işimi davam etdirəcəyəm”.