Yığmamızın baş məşqçisi ilə 2016-cı ilə qədər müqavilə imzalandı
8 oktyabr 2012 01:27

Ağır atletika üzrə yığma komandamızın yeni baş məşqçisinin kimliyi tam olaraq rəsmiləşib. Azerisport.az xəbər verir ki, öncədən də gözlənildiyi kimi, bu post Zlatan Vanevə tapşırılıb.
Onunla 4 illik müqavilə imzalanıb. Ağır Atletika Federasiyasının bolqar mütəxəssislə anlaşmasının müddəti 2016-cı ilə qədərdi. Amma 2020-ci ilə qədər müqavilə ilə bağlı ilkin anlaşma da xüsusi bənd kimi müqaviləyə daxil edilib.
Qeyd edək ki, Vanevdən öncə yığmamızı Nizami Paşayev çalışdırırdı. Paşayev bundan sonra gənclərdən ibarət millini çalışdıracaq.