Yığmamızın üzvü sıradan çıxdı
13 noyabr 2012 14:03
Azərbaycan ağır atletika üzrə millisinin üzvü İvan Stoitsov (85 kq) bir müddət komandamıza kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, milliləşdirilmiş legioner ayağından əməliyyat olunub.
Bu səbəbdən onun 8 ay körpücük üzərinə çıxmayacağı dəqiqləşib. Bundan sonra hazırlığa başlayacaq İ.Stoitsov məşqçilər heyətinin ümidlərini doğruldacağı halda əsas komandadakı yerini təmin edəcək.
Qeyd edək ki, İ.Stoitsovun adı London Olimpiadasına yollanacaq yığmamızın heyətinə salınsa da, həmin vaxt onu Sərdar Həsənov (69 kq) əvəzləmişdi.