Azərbaycan millisi ağır atletika üzrə Avropa birinciliyində iştirak edir
29 noyabr 2012 17:12
Noyabrın 29-da İsrailin Eylat şəhərində ağır atletika üzrə Avropa birinciliyi başlayıb. Azerisport.az xəbər verir ki, dekabrın 9-dək davam edəcək yarışda yığmamız 2 yaş qrupundan ibarət komanda ilə qüvvəsini sınayır.
İyirmi yaşadək atletlərin mübarizəsində Azərbaycanı Firidun Quliyev (69 kq), Nicat Rəhimov (77 kq), Kamran İsmayılov (85 kq) və Nailxan Nəbiyev (94 kq) təmsil edirlər. İyirmi üç yaşadək idmançıların yarışında isə Rauf Nəbiyev (62 kq) və Orxan Əliquluzadə (85 kq) körpücük üzərinə çıxacaqlar.
Avropa birinciliyində Azərbaycanı hakim qismində Rizvan Rəsulov təmsil edir.