Azərbaycan atleti AÇ-də bürünc medal qazandı
5 dekabr 2012 01:35
İsrailin Eylat şəhərində 20 və 23 yaşadək idmançılar arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilir. Azerisport.az xəbər verir ki, 23 yaşadək idmançıların mübarizəsində ilk olaraq millimizin üzvü Rauf Nəbiyev (62 kq) yarışa qatılıb.
Atletimiz birdən qaldırma yarışlarına uğurla başlasa da, sonrakı iki cəhd yaxşı alınmayıb. Nəticədə R.Nəbiyev 111 kiloqram nəticə ilə 4-cü pillədə qərarlaşıb. R.Nəbiyevin təkanla qaldırma hərəkətindəki çıxışı daha müvəffəqiyyətli olub. Atletimiz əvvəlcə 135, sonra 142, daha sonra isə 148 kiloqram nəticə göstərərək təkanla qaldırma hərəkətində bürünc medal qazanıb.
Ümumilikdə 259 kiloqram (111 kq + 148 kq) nəticə göstərən idmançımız dördüncü olub.