Bakıda Beynəlxalq Ağır Atletika Federasiyasının növbəti konqresi keçirilib
12 dekabr 2012 11:54
Dekabrın 12-də Bakıda Beynəlxalq Ağır Atletika Federasiyasının (BAAF) növbəti konqresi keçirilib. Azerisport.azxəbər verir ki, dünyanın 100 ölkəsindən 200-dək nümayəndənin qatıldığı konqresdə BAAF-ın nizamnaməsi müzakirə olunub, qaydalara bəzi əlavə və dəyişikliklər edilib.
BAAF-ın hazırkı konqresinin Bakıda keçirilməsi haqqında qərar Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsinin Qvatemalanın Antiqua şəhərində keçirilmiş toplantısında qəbul olunub.