Dubaydan bir qızıl, bir gümüş medalla
1 mart 2013 17:15

Bu gün ağırlıq qaldırma üzrə idmançılarımız BƏƏ-nin Dubay şəhərində təşkil olunan beynəlxalq turnirdən qayıdıblar. Azerisport.az xəbər verir ki, 5-ci Fazza beynəlxalq turnirində iştirak edən idmançılarımız müvəffəqiyyət qazanıblar.
Belə ki, +107 kq çəki dərəcəsində yarışan Məhərrəm Əliyev 1-ci yeri tutub. 107 kq çəki dərəcəsində yarışan Elşən Hüseynov isə 2-ci yerlə kifayətlənib.