Azərbaycan yığmasını AÇ-də kimlər təmsil edəcək?
30 mart 2013 13:07
Aprelin 8-dən 14-dək Albaniyada ağır atletika üzrə Avropa çempionatı olacaq. Azerisport.az xəbər verir ki, bu yarışlarda Azərbaycan yığmasını altı idmançı təmsil edəcək.
Qadınların turnirində meydançaya Silviya Angelova (48 kiloqram), Alyona Kiriyenko (69 kiloqram), kişilərin turnirində isə - Valentin Xristov (62 kiloqram), Zülfüqar Süleymanov (62 kiloqram), Sərdar Həsənov (69 kiloqram), İntiqam Zahirov (94 kiloqram) çıxacaqlar.