Yığmamız Dünya Birinciliyinə yola düşdü
5 aprel 2013 11:53

Aprelin 5-dən 14-dək Özbəkistanın Daşkənd şəhərində ağır atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında Dünya Birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Dünya Birinciliyində Ruslan Rzazadə (50 kq), Məhəmməd Məmmədli (50 kq), Esmin Əhmədov (56 kq), Rüstəm İmanzadə (56 kq), Mansur Ağaverdiyev (62 kq), Orxan Həsənli (62 kq), Kamran Beskov (85 kq), Dadaş Dadaşbəyli (94 kq) oğlanlar, Mərziyyə Məhərrəmova (48 kq), Gülçin Əlizadə (48 kq), Sona Məmmədova (58 kq), Kseniya Visnitskaya (58 kq), Günel Əlizadə (63 kq) isə qızlar arasında yarışa qatılacaq.
Yarışda ölkəmizi hakim qismində Azad Mustafayev təmsil edəcək.