Yığmamızın AÇ-də iştirak edəcək heyəti bəlli oldu
5 aprel 2013 12:20

Albaniyada keçiriləcək kişilər və qadınlar arasında Avropa çempionatında ölkəmizin ağır atletləri də iştirak edəcək. Azerisport.az xəbər verir ki, Valentin Xristov və Zülfüqar Süleymanov 62 kq, Sərdar Həsənov 69 kq, İntiqam Zairov isə 94 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
Avropa Çempionatında qadınlardan Silviya Angelova 48 kq, Alyona Kiriyenko isə 69 kq çəki dərəcəsində yarışacaq.
Hakim qismində ölkəmizi Rizvan Rəsulov təmsil edəcək.
Yarışlar aprelin 6-dan 15-dək Albaniyanın Tirana şəhərində keçiriləcək.