Təmsilçimiz öz yarımqrupunda 3-cü oldu
12 aprel 2013 21:27

Özbəkistanın Daşkənd şəhərində ağır atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında Dünya Birinciliyində növbəti yarış günüdür. Azerisport.az xəbər verir ki, bu gün milli komandamızın üzvlərindən daha bir yarışa qoşulub. Kamran Beskov 85 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparıb.
İdmançımız birdən qaldırma hərəkətində əvvəlcə 117 kq, sonra isə 122 kq çəkini başı üzərinə qaldırıb. Üçüncü yanaşmada 124 kq-ı ram edə bilməyən Beskov, bu hərəkəti 5-ci yerə bitirib.
Təkanla qaldırma hərəkətində ilk cəhdində 152 kq-ı qaldıran Kamran, sonrakı iki cəhdində uğursuzluq yaşayıb. 158 kq-a güc gələ bilməyən atletimiz bu hərəkətdə 2-ci olub.
Toplamda 274 kq (122 kq + 152 kq) nəticə göstərən idmançı, “B” qrupunu 3-cü pillədə bitirib.
Onun yekun sıralamadakı yeri “A” qrupundakı yarışlar bitəndən sonra məlum olacaq.