Zülfüqar Süleymanov: Medal qazanacağımı gözləmirdim
16 aprel 2013 12:17

Albaniyada keçirilmiş Avropa Çempionatında bürünc medal qazanmış Zülfüqar Süleymanov (62 kq) vətənə döndükdən sonra düşüncələrini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Medal qazanacağımı gözləmirdim. Həqiqətən də böyük əziyyət və səbir hesabına qazanılan qələbədir. Məşqçim də mənim bu nəticəni qazanmağım üçün çox çalışmışdı. Yarışa çıxarkən idmansevərlərimizin, xalqımızın dəstəyini hər an hiss etmişəm. Etimadı doğrultduğuma görə sevinirəm”.