Millimiz Avropa çempionatında iştirak etmək üçün Türkiyəyə yola düşdü
19 may 2013 00:59
Mayın 18-də Azərbaycanın usta ağır atletləri Türkiyənin Quşadası şəhərinə yola düşüblər. Azerisport.az xəbər verir ki, yığmamızın atletləri burada keçiriləcək kişilər arasında XXIII və qadınların XXI Avropa çempionatında iştirak edəcəklər.
Azərbaycanı təmsil edən idmançıların sırasında müxtəlif çəki kateqoriyasında çıxış edəcək iki qadın və səkkiz kişi var.
Yığmamıza “Veteran Ağır Atletlər” İctimai Birliyinin sədri Natiq Ağayev və baş məşqçi Oqtay Muxtarov rəhbərlik edirlər.
Ümumilikdə bu yarışda Avropanın 27 ölkəsindən 300-dən çox atlet iştirak edəcək.