7-ci Zirvə Kuboku keçiriləcək
11 sentyabr 2013 15:05

Sentyabrın 13-də "AAAF PARK" Yaşayış Kompleksinin yeni yarış zalında ağır atletika üzrə 7-ci “Zirvə Kuboku” keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə "Zirvə" İdman Klubunun ən güclü idmançıları iştirak edəcəklər.
Yarışlar 6 yaş qrupu üzrə keçiriləcək. Bunlar
- Yaşı 11-ə qədər olan idmançılar (2002-ci illər və daha kiçiklər)
- Yaşı 13-ə qədər olan idmançılar (2001-2000-ci illər)
- Yaşı 15-ə qədər olan idmançılar (1999-1998-ci illər)
- Yaşı 17-yə qədər olan idmançılar (1997-1996-cı illər)
- Böyüklər (1995-ci illər və daha yaşlılar)
- Qadınlar
7-ci "Zirvə Kuboku"nda Azərbaycan ağır atletikasının liderləri iştirak edəcəklər. Onların arasında yeniyetmələr, gənclər və böyüklər arasında Avropa və dünya çempionatlarının qalib və mükafatçıları, rekordçuları mükafatçıları var. Firudin Quliyev, Zülfüqar Süleymanov, Rüstəm İmanzadə, Məhəmməd Məmmədli, Rövşən Fətullayev, Kənan Əliquliyev, Əlizadə Gülçin, Mərziyyə Məhərrəmova və başqalarını izləmək istəyənlər sentyabrın 13-də "AAAF Park"a gələ bilərlər.
Giriş pulsuzdu.
Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167.
AAAF PARK Yaşayış Kompleksinin yarış zalı.