Avropa birinciliyində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlandı
20 sentyabr 2013 00:28
Sentyabrın 20–dən 29-dək Estoniyanın Tallinn şəhərində 20 və 23 yaşadək ağır atletlər arasında Avropa birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda azərbaycanlı ağır atletlərdən 20 yaşadək idmançılar arasında Elxan Əliqulizadə (69 kq), Kamran İsmayılov (85 kq) və Nailxan Nəbiyev (94 kq) birincilik uğrunda mübarizə aparacaqlar.
İyirmi üç yaşadək atletlərin yarışında isə ölkəmizi İuri Dudoqlo (62 kq) təmsil edəcək.
Milli komandamız məşqçilər Natiq Həsənov və Azad Nurməmmədovun rəhbərliyi altında yarışacaq.
Azərbaycanı hakim kimi Oqtay Muxtarov təmsil edəcək.