Sərdar Həsənov İslamiadada 6-cı oldu
26 sentyabr 2013 00:36
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan 3-cü İslam Oyunlarında növbəti yarış günü başa çatıb. Azerisport.az xəbər verir ki, ağır atletikada 62 kq çəki dərəcəsində Sərdar Həsənov mübarizə aparıb.
O, birdən qaldırma hərəkətində 131 kq, təkanla qaldırma hərəkətində isə 158 kq-ıram edib.
Toplamda 289 kq (131 kq + 158 kq) nəticə göstərən Sərdar Həsənov ümumi sıralamada 6-cı yeri tutub.