Latviyalı yeniyetmə atlet rekorda imza atdı (FOTO)
6 dekabr 2013 14:33
Dekabr ayının 5-dən 8-dək Azərbaycanda keçiriləcək Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Prix - II Beynəlxalq Bakı Kuboku start götürüb. Azerisport.az xəbər verir ki, ilk olaraq körpücük üzərinə 53 kq çəki kateqoriyasında mübarizə aparan qadınlar çıxıblar.
Bu mərhələnin qalibi adını latviyalı Koha Rebeka qazanıb. O, toplamda 154 kq (69 kq + 85 kq) nəticə ilə B qrupunda 1-ci yeri tutub. Rebeka həmçinin, təkanlaqaldırma hərəkətində vacib bir uğur qazanıb. Belə ki, 15 yaşlı atlet 85 kq-la bütün yaş qruplarında - yeniyetmə, gənclər, böyüklər - Latviya təkan rekordunu yeniləyib.
