İntiqam Zairov: Bizə qarşı haqsızlıq olub
20 mart 2014 11:28

Ağır Atletika üzrə Azərbaycan yığmasının atleti İntiqam Zairov azerisport.az saytına açıqlamasında Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən 9 idmançımızın diskvalifikasiya edilməsinə münasibət bildirib:
"Bu barədə danışmaq istəmirəm. Bizə qarşı haqsızlıq olub. İdmançılarımız qadağan olunan preparat qəbul etməyib. Bu məsələ araşdırılır. Bizim günahımız yoxdur. Ümid edirəm ki, anlaşılmazlıq aradan qaldırılacaq. Atletlərimiz belə cəzaya layiq deyil".