Natalya Prişepa çempion oldu

“8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı” davam edir. Azerisport.az xəbər verir ki, qızlardan sonra qadınlar da medallar uğrunda mübarizəyə qoşulublar. Bu yaş qrupunda çox maraqlı hadisələr yaşanıb.
Təcrübəli atletlərdən Milka Maneva və Nataliya Prişepa gözlənildiyi kimi fəxri kürsünün ən yüksək pillələrinə qalxdılar. Bizim üçün xoş xəbər isə bürünc medalın Azərbaycan idmançısı Elnarə Abbasovaya qismət olmasıdır. Qazax-Zirvə İdman Klubunun nümayəndəsi olan gənc ağır atletimiz gözəl çıxışla yadda qaldı. O, toplam 178 kq (76+102) nəticə və 237.9 Sinkleyr xalı ilə üçüncü yerə çıxdı.
Çempionluq mübarizəsində isə Prişepa Manevaya qalib gəldi. Moldova idmançısı 283.2 xalla qızıl medallara sahib çıxdı. (klub saytı)