Zirvə idmançısı zirvədə!
19 avqust 2014 13:10

“8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı”nda növbə kişi idmançılara çatıb. Azerisport.az xəbər verir ki, yaşı 12-yə qədər olan oğlanlar körpücük üzərinə çıxaraq qalibi müəyyənləşdirməyə çalışıblar.
Bütün yaş qruplarında müxtəlif ölkələrdən idmançılar olsa da, bu qrupda yalnız azərbaycanlılar çıxış edib. Bu isə ölkəmizin ağır atletikasının gələcəyi olan bu atletlərin çox güclü olması, özlərinə rəqib tanımaması anlamına gəlir.
Yarışa gəlincə, “İsmayıllı-Zirvə” idmançısı Rəhimov Kənan hamını üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medal “Qazax-Zirvə” nümayəndəsi Manafov Yaqub, bürünc isə “Xırdalan-Zirvə”dən Cavadov Ömərə qismət olub. (klub saytı)