Azərbaycan idmançıları yenə də fəxri kürsüdə!
19 avqust 2014 13:20

“8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı”nda birinci yarış günü başa çatıb. Azerisport.az xəbər verir ki, son olaraq körpücük üzərinə yaşı 15-ə qədər olan idmançılar çıxıblar.
Bu yaş qrupunda həmyerlilərimiz fəxri kürsüdəki bütün yerlərə sahib çıxıblar. “Yevlax-Zirvə” atleti İsmayılov Hüseyn əsas rəqibini toplamda 30 kq, Sinkleyr cədvəlində isə təxminən 23 xal qabaqlayıb. Bürünc medala isə “Neftçala-Zirvə” idmançısı Xəlilov Kənan layiq görülüb. (klub saytı)