İmanzadə gərgin mübarizəni qalib başa vurdu
19 avqust 2014 19:34

“8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı” davam edir. Azerisport.az xəbər verir ki, artıq ikinci yarış gününə start verilib və yaşı 17-yə qədər olan oğlanlar mübarizəni başa vurublar.
“Lənkəran-Zirvə” İdman Klubunun nümayəndəsi, U-15 Avropa çempionu və rekordçusu Rüstəm İmanzadə rəqiblərini üstələyərək çempion olub.
İmanzadənin əsas rəqibi gürcü idmançı Georgi Çxeidze olub. Onunla son yanaşmaya qədər mübarizəni davam etdirən həmyerlimiz qalib gələ bilib. Bürünc medal isə “Kişinyov-Zirvə” klubunun nümayəndəsi İqor Bouxova qismət olub. (klub saytı)