Zirvə Moldovada 12 medal qazandı
11 oktyabr 2014 14:45

Oktyabrın 3-də Kişinyov şəhərində ağır atletika üzrə Moldova kuboku keçirilib. Azerisport.az xəbər verir ki, yarışda ölkənin ən güclü idmançıları iştirak edib. Bu maraqlı mübarizədə “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri də qatılıblar.
“Kişinyov-Zirvə” İK-nun 15 atleti bu maraqlı mübarizədə iştirak ediblər. Sevindiricidi ki, onlardan 6-sı qızıl, 2-si gümüş, 4-ü isə bürünc medal qazanıblar. Bu, çox gözəl nəticədi və klubumuzun işlərinin düzgün istiqamətdə aparıldığına işarədi.
Qalib adını qazanan idmançılarımız bunlardı: Viktor Aniçi (56 kq), Oleq Sirci (62 kq), Mihay Kozima (69 kq), Sergey Keçir (77 kq), Artyom Pipa (85 kq), Marin Qoloqan (94 kq), İon Baskan (105 kq), Adrian Zbirnea (+105 kq), Natalya Prisçepa (+75 kq).