Dünya çempionatının ilk qalibi türkiyəli idmançı oldu

“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatının final mərhələsi start götürüb. Azerisport.az xəbər verir ki, dekabrın 24-25-də Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən və kluba məxsus olan “Altınpark-Akarsu” İdman Kompleksində keçiriləcək bu turnirdə Azərbaycandan başqa 10 ölkədən – Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, Bolqarıstan, Polşa, Belarus, İran, Ukrayna və Moldova – olan filiallarımızın idmançıları iştirak edirlər.
İlk olaraq körpücük üzərinə U-15, yəni yaşı 15-ə qədər olan qızlar çıxdılar. Maraqlı mübarizə şəraitində keçən qrupda qalib adını “Zirvə” İdman Klubunun Ankara filialının nümayəndəsi Gamze Yayla qazandı. O, toplamda 151 kq (69+82) nəticə göstərməklə 227.77 Sinkleyr xalı topladı və qızıl medala layiq görüldü. İkinci pillədə Ukrayndan “Jidaçiv-Zirvə” klubundan Qalina Didık, üçüncü pillədə isə Bolqarıstandan “Smolyan-Zirvə” klubundan Qalya Şatova yer aldı.