Zirvənin üzvü dünya çempionu oldu

“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatında ikinci, eyni zamanda son yarış günü start götürüb. Azerisport.az xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən “Altınpark-Akarsu” İdman Kompleksində körpücük üzərinə ilk olaraq yaşı 20-yə qədər olan idmançılar çıxıblar. Azərbaycan idmançısı qızıl medal qazanmaqla bizləri sevindirib.
“Abşeron-Zirvə” idmançısı Dadaş Dadaşbəyli toplam 352 kq (162+203) nəticə və 401.94 Sinkleyr xalı ilə rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri Moldovadan Adrian Mortikala tutub. O, 335 kq (155+180) nəticə və 378.49 xal toplayıb. Bürünc medal isə 295 kq (138+157) və 375.69 xal qazanan gürcü idmançı İrakli Qabritçedzeyə qismət olub. (klub saytı)