Hollandiya Braziliyaya 3 qol vurub, 3-cü oldu
DÇ-2014-də üçüncü yerin sahibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, mundialın 63-cü dueli sayılan bu qarşılamada yarımfinalfda müvafiq olaraq Almaniya və Argentinaya boyun əymiş Braziliya və Hollandiya üz-üzə gəlib.
Əlcəzairli baş hakim Camal Haymudinin idarə etdiyi görüşdə ev sahibi Braziliya yarımfinalda Almaniya qarşısında yaşadığı fiaskonu unutdurmaq üçün qalib gəlməyə borcluydusa, mundialdan sonra millini tərk etməyə hazırlaşan Lui Van Qal da gedərkən “qapını çırpmaq” istəyirdi.
Matçda üç qol vurulub ki, onların da hamısına hollandlar seviniblər. Nəticədə, bürünc medalları Avropa təmsilçisi qazanarkən, mundial sahibləri sadəcə, dördüncü yerlə kifayətləniblər.
DÇ-2014
3-cü yer uğrunda oyun
13 iyul
Braziliya – Hollandiya - 0:3
Qollar: V.Persi, 3-pen, Blind, 17, Viynaldum, 90.
Baş hakim: Camal Haymudi (Əlcəzair)