Messi DÇ-nin ən yaxşısı oldu
14 iyul 2014 12:10
Almaniyanın çempionluğu ilə tamamlanan DÇ-2014-də turnirin ən yaxşı oyunçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, həlledici matçda uduzaraq gümüş medallarla kifayətlənən Argentina seçməsinin kapitanı Lionel Messi mundialın “Qızıl Top” mükafatını qazanıb.
Mükafat final oyunundan dərhal sonra Messiyə təqdim olunub.
Qeyd edək ki, Messi DÇ-2014-də kmandasının keçirdiyi 7 oyunda da meydanda olub. O, bu matçlarda 4 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.