Skolari Braziliya yığmasını baş məşqçisiz qoydu
14 iyul 2014 14:12
DÇ-2014-də mükafatçılar sırasına düşə bilməyən ev sahibi Braziliya millisi baş məşqçisi Luis Felipe Skolari ilə vidalaşıb. Azerisport.az xəbər verir ki, çalışdırıcı istefaya göndərilib.
Komandanın mundialdakı çıxışından narazı qalan Braziliya Futbol Konfederasiyasının rəhbərliyi 65 yaşlı mütəxəssislə yollarını ayırıb.
Skolari ilə yanaşı, bütün məşqçi heyəti də istefa verib. Hələlik onu kimin əvəzləyəcəyi məlum deyil.
Qeyd edək ki, Skolarinin istefaya göndəriləcəyi yarımfinalda Almaniyaya 1:7 hesablı məğlubiyyətdən sonra dəqiqləşmişdi.