Argentinada ikincilik üsyanı
14 iyul 2014 17:01
Argentina yığmasının azarkeşləri Braziliyada keçirilən DÇ-2014-ün final matçında Almaniya millisinə minimal hesabla məğlubiyyəti həzm edə bilməyiblər. Azerisport.az xəbər verir ki, fanatlar ötən gecə Argentinanın paytaxtı Buenos-Ayresin memarlıq simvolu sayılan “Obelisk”in qarşısına yığışaraq yaxınlıqdakı teatr və dükanları daşa basıblar.
Şəhər mərkəzinə yığışmış on minlərlə insan “Argentina məğlubiyyətinə ağlayır!” qışqırıblar.
Fanatları sakitləşdirmək üçün polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. İğtişaşlarda 7 nəfər yaralanıb, 34 nəfər həbs olunub.