Qızıl əlcək sahibini tapdı
14 iyul 2014 12:55
DÇ-2014-də “Qızıl əlcək” mükafat ı sahibinə qovuşub. Azerisport.az xəbər verir ki, mundialın ən yaxşı qapıçısının adına çempion Almaniyanın üzvü Manuel Noyer layiq görülüb.
Mükafat elə dünənki finaldan sonra qolkiperə təqdim olunub ki, bu da onun sevincini iki qatına çıxarıb.
Xatırladaq ki, təcrübəli qapıçı çempionat ərzində qapısından cəmi 4 qol buraxıb.