Yoahim Löv: İstəyimizə nail olduq
Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2014-də yaşadıqları çempionluğu şərh edib. Azerisport.az xəbər verir ki, finala kimi gəlmə və finalda Argentina üzərindəki qələbəni kollektiv oyun və oturuşmuş heyətlə əlaqələndirib:
“Biz 55 gün idi ki, futbolçularla bir yerdə çalışırdıq. Bu vaxt ərzində çox gərgin işləmişik. Ancaq heyətmiz hələ 10 il bundan qabaq qurulduğu üçün üzərimizə böyük yük düşmədi. Yurgen Klinsmannın baş məşqçiliyi dövründə Filip Lam, Bastian Şvaynştayger, Miraslav Kloze, Lukas Podolski kimi futbolçular milliyə cəlb olunub. Uzun müddətdi ki, həmin futbolçularla uğura doğru addımlayırıq. Nəhayət bu gün istəyimizə nail olduq. Bu futbolçulara təşəkkür edirəm ki, onların sayəsində Cənubi Amerikada keçirilən mundiallarda çempion olan ilk Avropa komandası olduq. Təbii ki, Braziliyada, “Marakana”da çempion olmaq qürurvericidi”.
Bu çempionluq Almaniya millisi adına sayca dördüncü olub.