"Almanlardan geri qalmadıq"
Argentina millisinin baş məşçisi Alehandro Sabelya DÇ-2014-ün finalında Almaniyaya uduzduqları oyundan (0:1) sonra FİFA-nın rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis məğlub olsalar da, rəqibdən geri qalmadıqları və komandasının mükəmməl oyun sərgilədiyini bildirib:
“Bizim bu final oyunundan gözləntilərimiz çox idi. Çox istərdik ki, qalib gələk. Əlbəttə ki, məğlubiyyətə görə çox məyusam. Futbolçularımdan çox razıyam. Onlar necə lazım idisə elə oynadılar. Meydanda əla komada olduqlarını isbat etdilər. Futbolçularımla fəxr edirəm. Komandamı gözəl oyuna görə təbrik etmək olar. Həmçinin çempionluq münasibəti ilə Almaniya millisini təbrik edirəm”.
Qeyd edək ki, Sabelyanın Argentina millisindən öz istəyi ilə ayrılacağı gözlənilir.