Skolari: Neymardan asılıyıq
24 iyun 2014 15:03
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari komandasının Kamerunla oyununun ardından fikirlərini mətbuatla bölüşüb. Azerisport.az xəbər verir ki, o, millinin Neymardan asılı olduğunu deyib:
"Argentina Messidən asılı olduğu kimi, Braziliya da Neymardan asılıdı. Onlar hər ikisi komandasına qələbə qazandıra bilən futbolçulardı. Çoxları Çilinin qrupdan çıxmayacağını düşünürdü. Amma mən onların uğuruna təəccüblənmirəm. Çili kompakt komandadı, çox keyfiyyətli oyun göstərirlər. Əgər rəqib seçmə şansım olsa, Çilini istəməzdim. Bizim qitənin komandalarıyla asan oyun olmur".