Neymar, Messi və Müller üçün altı rəqib
27 iyun 2014 12:55
Braziliyada keçirilən dünya çempionatında artıq 48 oyun geridə qalıb. Azerisport.az xəbər verir ki, qrup mərhələsi çərçivəsində keçirilmiş qarşılaşmalarda qapılara 136 qol vurulub.
Hazırda bombardirlər yarışına Braziliya yığmasının üzvü Neymar, argentinalı Lionel Messi və almaniyalı Tomas Müller başçılıq edir. Onların hər birinin aktivində 4 qol var.
Aryen Robben, Robin van Persi (hər ikisi Hollandiya), Kərim Benzema (Fransa), Enner Valensiya (Ekvador), Ceyms Rodriqes (Kolumbiya) və Şerdan Şakiri (İsveçrə) isə 3 qola imza atıb.